Zelenski danışıqların nəticəsiz qalacağı təqdirdə Moskvaya sərt reaksiya verməyə çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda aparılan sülh danışıqlarında irəliləyiş əldə etmədiyi təqdirdə Qərbin Moskvaya qarşı güclü addımlarına, o cümlədən yeni sanksiyalara çağırıb.
Reportyor.az xəbər verir ki, bu barədə Zelenski Tiranada toplaşan Avropa liderlərinə bildirib.
“Əgər Putin Türkiyəyə gəlməkdən qorxmasaydı, bu müharibəni bitirmək üçün mühüm addımlar atmaq üçün real şansımız var idi. Rusiya nümayəndə heyətinin həqiqətən də teatral xarakter daşıdığı və bu gün heç bir nəticə verə bilməyəcəyi ortaya çıxarsa... Rusiyanın enerji sektoruna və banklarına qarşı sanksiyalar da daxil olmaqla, güclü reaksiya olmalıdır”.
KARUSEL / DÜNYA
Tarix: 16-05-2025, 17:12