mobil versiya

Azərbaycan və Latviya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib




Azərbaycanla Latviya arasında iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.

Reportyor.az bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, müzakirələr nazir müavini Anar Axundovla Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Armands Krauze ilə keçirilmiş görüşdə aparılıb.
Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib. Bildirilib ki, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün müxtəlif mexanizmlər tətbiq edilir. Bu xüsusda Hökumətlərarası Komissiya səmərəli platformadır.
Tərəflər iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən, aqrar sektorda, su idarəçiliyi və meşəçilik sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-05-2025, 18:03