mobil versiya

Koreya səfiri “Baku Enerji Həftəsi”ndə bir sıra şirkət nümayəndələri ilə görüşüb






“Baku Enerji Həftəsi” çərçivəsində Koreyanın ölkəmizdəki səfiri Kang Kymgu Azərbaycanın ən böyük neft, qaz və logistika sərgisini ziyarət edib və bir sıra mühüm şirkət nümayəndələri ilə görüşlər keçirib.

Reportyor.az Koreyanın Azərbaycandakı səfirliyinə istinadla bildirir ki, xüsusilə CJICM Logistics şirkətinin Bakı, İstanbul və Dubay nümayəndəliklərinin rəhbərləri ilə görüş zamanı Koreya ilə Qafqaz regionu arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.  
Bu il 30-cu dəfə təşkil olunan Bakı Enerji Həftəsi, 40-dan artıq ölkədən 260-dan çox şirkətin iştirakı ilə Azərbaycanın enerji istehsalçısı kimi mövqeyini və logistika-nəqliyyat mərkəzinə çevrilmək istiqamətində səylərini bir daha nümayiş etdirib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-06-2025, 13:21