DTX Qaxda əməliyyat keçirib, icra başçısı, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Hazırda onlar Bakıya gətirilir.
Qeyd edək ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanılması ilə bağlı məlumatı "News24.az" saytı yaymışdı.(report)
KARUSEL / HADİSƏ
Tarix: 20-06-2025, 15:24