İngiltərədə 8 milyon insan koronavirusa yoluxa bilər – Gizli brifinq
Britaniya hakimiyyətinin keçirdiyi gizli brifinqdə ölkədə koronavirusun yayılmasının mümkün modeli açıqlanıb. Mütəxəssislər yoluxmuş insanların sayının səkkiz milyonu keçdiyini istisna etmir.
Qaynarinfo xəbər verir ki, bu haqda The Guardian qəzeti yazıb.
"Public Health England İctimai Səhiyyə xidməti İngiltərə Milli Səhiyyə Sistemini istiqamətləndirmək üçün analiz hazırlayıb. Buna görə yaxın 12 ay ərzində əhalinin 80%-ə qədəri COVID-19-a yoluxacaq. Onların təxminən 15%-nin (7.9 milyon nəfər) xəstəxanaya yerləşdirilməsi tələb oluna bilər", - mesajda deyilir.
KARUSEL / DÜNYA
Tarix: 16-03-2020, 11:30