mobil versiya

Bərdədə fəaliyyət göstərən pendir sexində nöqsanlar aşkarlanıb



Bərdə rayonu, Seyid Yusifli kəndində fəaliyyət göstərən Qasımov Sahib Müzəffər oğluna məxsus pendir sexində plandankənar yoxlama həyata keçirilib.

Bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı müəssisənin südün bişirilmə sahəsinin döşəməsinin təmirsiz olduğu, təmizlik işlərinin həyata keçirilmədiyi, südün bişirilməsi sahəsindən mayalanma sahəsinə daşınmasında istifadə edilən boruların tələblərə uyğun olmadığı, alət və avadanlıqların, eləcə də qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi məlum olub. Müəssisədən yaxma nümunələri götürülüb, mayalanma çənində uyğunsuzluq aşkarlanıb. 
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. İcrası məcburi göstərişlər verilib.

Reportyor.az






KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-08-2025, 12:58