Azərbayacn XİN Qətərə edilən hücuma münasibət bildirib

Azərbaycanın Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Doha şəhərinə edilən hücuma münasibətini açıqlayıb.
XİN bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq.
Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 9-09-2025, 23:27



























