mobil versiya

Səudiyyə Ərəbistanı ilə Pakistan Strateji Qarşılıqlı Müdafiə Sazişi imzalayıb



Səudiyyə Ərəbistanı ilə Pakistan Strateji Qarşılıqlı Müdafiə Sazişi imzalayıb.

Səudiyyə Ərəbistanı Krallığına ötən gün rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifi Vəliəhd şahzadə və Baş nazir Əlahəzrət Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud Ər-Riyaddakı Əl-Yəmamə sarayındakı Kral Məhkəməsində qəbul edib və burada onun şərəfinə rəsmi qəbul mərasimi keçirilib. 

Yerli emdia xəbər verir ki, qəbuldan sonra HRH vəliəhd şahzadə ilə Pakistanın baş naziri arasında rəsmi danışıqlar aparılıb. 

Görüşdə Səudiyyə Ərəbistanı Krallığı ilə Pakistan İslam Respublikası arasında sıx əlaqələrə nəzər salınıb, iki qardaş ölkə arasında müxtəlif sahələrdə strateji tərəfdaşlığın genişləndirilməsi yolları müzakirə edilib. Həmçinin regional və beynəlxalq hadisələr, ümumi maraq doğuran məsələlər, təhlükəsizlik və sabitliyin əldə edilməsinə yönəlmiş səylər ətrafında fikir mübadiləsi aparılıb. 

Səfərin sonunda HRH vəliəhd şahzadə və Pakistanın baş naziri Səudiyyə Ərəbistanı Krallığı ilə Pakistan İslam Respublikası arasında Strateji Qarşılıqlı Müdafiə Sazişi imzalayıblar. 

Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: 18-09-2025, 08:22