mobil versiya

Yanvar-sentyabr aylarında 40,4 min şəxsə əlillik təyin olunub




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 40,4 min şəxsə əlillik təyin edilib.


Onlardan 18,3 min şəxsə ilkin, 22,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.


Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.


Reportyor.az





KARUSEL / SOSİAL
Tarix: 7-10-2025, 11:44