Yunanıstan səfiri Energetika naziri ilə görüşüb

"Bakıdakı səlahiyyət müddətim başa çatması münasibətilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla görüşməkdən böyük məmnuniyyət duydum. Ölkələrimiz arasında enerji sahəsində əla əməkdaşlıq və onun gələcək inkişaf perspektivlərini müzakirə etdik".
Bunu Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias sosial şəbəkə hesabında deyib.

Səfir bildirib ki, görüş zamanı Şahbazov dünən baş tutan Komotini Təbii Qaz Kompressor Zavodunun açılışı, eləcə də Afinada keçiriləcək Transatlantik Enerji Əməkdaşlıq Tərəfdaşlığının (P-TEC) qarşıdan gələn iclası barədə məlumat vermək imkanı əldə edib.
Hər iki tədbir Yunanıstanın Cənub-Şərqi Avropada enerji mərkəzi kimi mühüm rolunu təsdiqləyir.
Sonda Şahbazovun həmsədri olduğu Yunanıstan-Azərbaycan Hökumətlərarası Birgə Komissiya ilə bağlı məsələləri müzakirə olunub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-11-2025, 15:55



























