Gürcüstan Çin idxalının beynəlxalq sərgisində səkkizinci dəfə iştirak edir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Baş naziri ilə birlikdə Beynəlxalq Çin İdxal Sərgisində Gürcüstanın sərgi məkanını açdı.
Yerli media bildirir ki, Gürcüstanın fəxri qonaq kimi iştirak etdiyi beynəlxalq sərgidə 40-dan çox Gürcüstan şirkəti təmsil olunur.
Gürcüstanın sərgi məkanına gələn ziyarətçilər ölkənin tarixi və mədəniyyəti, unikal yazıları, əsrlər boyu davam edən şərab istehsalı ənənələri, turizm və investisiya potensialı ilə tanış olmaq imkanı əldə edirlər. Qastronomik guşədə ənənəvi gürcü yeməklərinin bişirilməsi üzrə ustad dərsləri, şərab dequstasiyası və mədəni tədbirlər keçirilir.
Gürcüstan Çin idxalının beynəlxalq sərgisində səkkizinci dəfə iştirak edir.


Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 5-11-2025, 16:58



























