mobil versiya

Avropa səfirləri Birinci və İkinci Dünya Müharibəsi zamanı Azərbaycan ərazisində həlak olanları yad edib




Macarıstanın ölkəmizdəki Səfiri Tamaş Yojef Torma, Səfirliyin Müdafiə, Hərbi və Hava Attaşesi Polkovnik Sabolç Şari, Birinci və İkinci Dünya Müharibəsi zamanı Azərbaycan ərazisində həlak olan macarların, eləcə də almanların və avstriyalıların dəfn olunduğu Bakının Yasamal rayonu və Sumqayıt qəbiristanlıqlarına ehtiram əlaməti olaraq baş çəkib və əklillər qoyublar.

Bu barədə Səfiri Tamaş Yojef Torma sosial şəbəkə hesabında paylaşım edib.


Bildirib ki, bu səfər Almaniya Səfirinin təşəbbüsü ilə Anım günü münasibətilə Avstriya Səfiri ilə birlikdə baş tutub.

"Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov anım mərasiminə qoşulub, onun rəhbərliyi altında şəhərin qəbiristanlığı nümunəvi vəziyyətdə saxlanılır.

Sükutla anaraq, biz həlak olanların xatirəsini yad edirik".







Reportyor.az




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:24