Bakıda TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.
İclasda TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə ediləcək və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənəcək.
Həmçinin TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılacaq, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflər müzakirə ediləcək.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 27-11-2025, 10:35



























