mobil versiya

Qazaxıstanın səhiyyə naziri təyyarədə sərnişini xilas edib




Astanadan Almatıya uçan reys az qala faciə ilə nəticələnəcəkdi. Belə ki, uçuş-enmə zolağına doğru hərəkət zamanı sərnişinlərdən birinin vəziyyəti qəfil pisləşdi, onun təzyiqi qalxdı və güclü ürəkbulanma başladı.

Bu barədə sosial şəbəkələrdə video yayımlanıb.

İmdadına həmin anda hava gəmisi göyərtəsində olan Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova çatıb. O, operativ şəkildə ilkin tibbi yardım göstərdi, təzyiqi ölçdü və qadını təyyarə enənədək halsızlığını aradan qaldırdı.

Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: 28-11-2025, 16:05