mobil versiya

Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirib



Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.

Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" hesabında məlumat verib.
Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.
Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.
Tərəflər genişmiqyaslı məsələlər üzrə, o cümlədən uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri barədə, Avropanın enerji təhlükəsizliyi, regional təhlükəsizliyə dair məsələlər və Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar. (apa)







KARUSEL / DÜNYA
Tarix: 28-11-2025, 17:45