mobil versiya

Estoniyanın ölkəmizdə səfirliyi 2026-cı ildə açılacaq




Xarici işlər nazir Ceyhun Bayramov ilə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna arasında telefon danışığı aparılıb.

 

XİN-nin yaydığı məlumatda bildirilir ki, telefon danışığı zamanı, Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.

 

Ölkələrimiz arasında intensivləşən siyasi dialoqun və qarşılıqlı səfərlərin məmnunluq doğurduğu bildirilib. Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

 

Telefon danışığı zamanı, nazir Marqus Tsahkna Estoniyanın ölkəmizdəki səfirliyinin 2026-cı ildə açılması barədə rəsmi qərarın qəbul edildiyi barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində bu addımın təqdirəlayiq olduğunu bildirib. Bu addımın iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

 

Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Reportyor.az


KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 15:32