Bakıda Koreya–Azərbaycan kənd təsərrüfatı əməkdaşlığı seminarı keçirilib
Dekabrın 2-də Bakıda Koreya–Azərbaycan kənd təsərrüfatı əməkdaşlığı seminarı keçirilib.Seminarın məqsədi kənd təsərrüfatı sahəsində Koreya və Azərbaycan arasında mövcud əməkdaşlıq layihələrinin təqdim edilməsi, yeni tərəfdaşlıq imkanlarının müzakirəsi və bu istiqamətdə fikir mübadiləsinin aparılmasıdır.
Koreyanın səfiri Kanq Qımqu çıxışında bildirib ki, qarşıdakı dövrdə ölkələrimiz arasındakı münasibətləri əsasən üç sahədə – kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrində inkişaf etdirilməsini nəzərdə tutur. Səfir daha sonra qeyd edib ki, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına verdiyi önəm nəticəsində kənd təsərrüfatına maraq xeyli artıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, bugünkü tədbir Azərbaycan ilə Koreya arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələsinə doğru atılan önəmli addımdır. O, daha sonra bildirib ki, aqrar sahədə məhsuldarlığın artırılması, innovativ və yüksək texnologiyaların tətbiqi, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, həmçinin elmi-tədqiqat nəticələrinin istehsalata effektiv inteqrasiyası kimi prioritet istiqamətlər üzrə əməkdaşlığımızın genişlənməsi hər iki ölkənin kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfələr verir.
Daha sonra tədbirdə Koreyanın Kənd İnkişafı Administrasiyasının nümayəndələri, “Baramgaebi” və “Dainfine” şirkətlərinin təmsilçiləri, eləcə də almaçılıq üzrə ekspert Dr. Choi Hyoyeol çıxış edib.Seminarda Azərbaycan Aqrar İnnovasiya Mərkəzinin İnzibati işlər üzrə şöbə müdiri Sevda Hacıyeva və üzümçülük və Şərabçılıq ETİ, İnformasiya təminatı və tətbiq şöbəsinin müdiri Aynurə Quliyeva təqdimatlarla çıxış ediblər. Onlar Azərbaycanın bu sahədə ev sahibliyi etdiyi mühüm tədbirlərdən bəhs ediblər.(Azərtac)

KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 19:34


























