Əraqçi: İran-Azərbaycan əlaqələrini daha da inkişaf etdirmək istəyirik

Biz Azərbaycan–İran əlaqələrini daha da inkişaf etdirmək istəyirik, Şimal–Cənub və digər nəqliyyat dəhlizlərini gücləndirməyi planlaşdırırıq. Bundan əlavə, enerji sahəsində mövcud əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.
Bu fikirləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən brifinqdə bildirib.
Nazir Seyid Abbas Əraqçi Prezident İlham Əliyevi Tehranda qarşılamağa hazır olduqlarını söyləyib. (Azərtac)
KARUSEL / SİYASƏT
Tarix: 8-12-2025, 14:00



























