mobil versiya

ABŞ-ın qadağasından yayınmaq üçün ByteDance şirkəti TikTok ilə birgə müəssisə qurur


TikTok sahibi ByteDance, ABŞ və qlobal tərəfdaşları ilə birlikdə Amerika TikTok biznesini ABŞ-da idarə etmək və qadağandan yayınmaq üçün birgə müəssisə elan etdi.

İnvestorlar qrupuna Oracle və Silver Lake və digər şirkətlər daxildir. Onlar yeni müəssisənin 80,1 faizinə nəzarət edəcəklər, ByteDance isə 19,9% payını saxlayacaq.

TikTok-un baş direktoru Şou Zi Çu bildirib ki, bu müqavilə yeni birgə müəssisənin müstəqil fəaliyyət göstərməsinə, ölkədə məlumatların qorunması tələblərinə riayət etməklə yanaşı, 170 milyon amerikalıya xidmət göstərməsinə imkan verəcək.

Reportyor.az 
KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-12-2025, 16:17