Zelenski seçki planını 24 fevralda elan etmək niyyətindədir

Ukrayna Prezidenti Vladimir Zelenski prezident seçkiləri və referendum planını 24 fevralda elan etmək niyyətindədir.
Bu barədə "Financial Times" qəzeti planlaşdırmada iştirak edən Ukrayna və Avropa rəsmilərinə istinadən məlumat yayıb.
"Reuters" agentliyi ötən həftə ABŞ və Ukrayna danışıqları aparanları tərəfindən müzakirə edilən çərçivəyə əsasən, istənilən sülh müqaviləsinin eyni vaxtda milli seçkilərdə səs verəcək ukraynalı seçicilər tərəfindən referenduma təqdim ediləcəyini bildirib. O əlavə edib ki, rəsmilər milli seçkilərin və referendumun may ayında keçirilə biləcəyi ehtimalını müzakirə ediblər.
"Financial Times" qəzetinin məsələ ilə tanış olan Ukrayna və Qərb rəsmilərinə istinadən verdiyi məlumata görə, Ukrayna artıq Rusiya ilə perspektivli sülh müqaviləsi üzrə referendumla yanaşı prezident seçkilərini də planlaşdırmağa başlayıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 10:38



























