mobil versiya

“Nənəmin Təndiri” çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb



Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nənəmin Təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib.

Bu barədə AQTA xəbər verir.

İstehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmir, texniki normativ hüquqi aktların tələbləri pozulub.

Baxış zamanı müşayiətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb.
Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarı barəsində inzibati protokol tərtib olunub.


Reportyor.az 

KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 16:15