Çin İsrailin Fələstin ərazilərində məskunlaşmaların genişləndirilməsinə qarşıdır

Çin İsrailin təhlükəsizlik kabinetinin işğal olunmuş Qərb Sahilinə nəzarəti gücləndirməyə yönəlmiş tədbirləri təsdiqləməsindən bir neçə gün sonra Fələstin torpaqlarının ilhaq edilməsinə qarşı çıxdığını açıqladı.
Bu barədə Çin xəbər agentliyi məlumat verib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mətbuat konfransında bildirib ki, Çin işğal olunmuş Fələstin ərazilərində yeni yaşayış məntəqələrinin tikintisinə davamlı olaraq qarşı çıxıb və Fələstin torpaqlarını ilhaq etmək və ya onlara təcavüz etmək üçün edilən bütün cəhdlərə qarşıdır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 15:54



























