Çin Livanın suverenliyinin pozulmasına qarşıdır
Çin, İsrailin orada qurudan hücuma keçdiyini və Pekinin artan gərginlikdən çox narahat olduğunu, Livanın suverenliyinin pozulmasına qarşı şıxdığını bəyan edib.
Reportyor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb: "Çin Livan və İsrail arasında mövcud vəziyyətdən və əlaqəli hərbi əməliyyatlar səbəbindən regional gərginliyin daha da artmasından çox narahatdır. Çin... Livanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına və münaqişələri daha da kəskinləşdirən və regional vəziyyətin daha da gərginləşməsinə səbəb olan istənilən hərəkətə qarşıdır”.
Bəyanatda Pekin İsraili vəziyyəti azaltmaq üçün konkret addımlar atmağa çağırıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 1-10-2024, 17:37