mobil versiya

BMT: Mavi xətt boyunca eskalasiya regional təhlükəsizliyi təhdid edir


BMT-nin Baş Katibi Antonio Quterreş mavi xətt - Livan-İsrail sərhədi boyunca eskalasiyanın gərginləşməsindən dərin narahatlığını dilə gətirib və qeyd edib ki, bu hərəkətlər əhalini riskə atıb, regional təhlükəsizlik və sabitliyi təhdid edir.
BMT baş katibinin sözçüsü Stefan Dujarrik açıqlamasında "Baş katib Mavi xətt boyunca atışmaların əhəmiyyətli dərəcədə artmasından dərin narahatdır" deyib.
BMT rəhbəri gərginliyin dərhal azaldılmasına və tərəfləri "təcili və dərhal" hərbi əməliyyatları dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini tam yerinə yetirməyə çağırıb.
Bazar günü İsrail varlığı Livanın cənubundakı əraziləri hədəf alan şiddətli hava hücumları dalğası həyata keçirib, ən azı 3 nəfərin ölümünə və digərlərinin yaralanmasına səbəb olub.
İsrail varlığı oktyabrın 7-dən Qəzza zolağına davam edən qəddar təcavüzü ilə birlikdə Livanın cənubundakı şəhər və kəndləri bombardmanlarını gücləndirib, dinc sakinlər arasında ölüm və xəsarətlər buraxıb, yüzlərlə ailəni evlərini tərk etməyə məcbur edib.

KARUSEL / DÜNYA
Tarix: 26-08-2024, 10:14