Yanvar ayında ay 3800 şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar ayında 3800 şəxsə əlillik təyin edilib.
Nazirliyin yaydığı məlumata görə, onlardan 1800-nə ilkin, 2000-nə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Reportyor.az
KARUSEL / SOSİAL
Tarix: Bu gün, 12:05


























