Səfir: Səudiyyə Ərəbistanı 2024-cü ildə 103 milyon turist qəbul edib

"Krallıq tək səhradan ibarət deyil. Səudiyyə Ərəbistanında adalar da mövcuddur".
Reportyor.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli jurnalistlərlə söhbətində deyib.
Səfir bildirib ki, adalarda həyata keçirilən çoxlu layihələr mövcuddur. Orda turizm məkanları açılıb.
Krallığın 2024-cü ildə 100 milyon turist qəbul etmək hədəfi var idi. Bu rəqəmi dedikdə həm daxili, həm də xarici turistlərin ölkənin tirizm məkanlarına səfərləri nəzərdə tutulurdu. Bu, bizim 2030-cu il vizyonumuz üçün hədəflərindən biri idi.
Bu hədəfimizə biz 2024-cü ildə 103 milyon turist cəlb etməklə çatdıq. Onlardan 37 milyonu əcnəbi turistlər idi".
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-02-2026, 17:56



























