Nuri əl-Maliki: İraqın baş naziri vəzifəsinə namizədliyimi geri götürməyəcəm

İraqın baş nazir vəzifəsinə namizədi Nuri əl-Maliki ABŞ-ın vəzifəyə qayıtdığı təqdirdə ölkəyə bütün dəstəyi kəsməklə hədələməsindən sonra namizədliyini geri götürməyəcəyini bildirib.
O, bunu AFP agentliyinə verdiyi açıqlamada deyib.
"Ölkəmə, onun suverenliyinə və iradəsinə hörmət əlaməti olaraq geri çəkilmək niyyətim yoxdur. Heç kimin kimə səs verə biləcəyimizi və ya verə bilməyəcəyimizi deməyə haqqı yoxdur. Mən sona qədər geri çəkilməyəcəyəm", - deyə o deyib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 23-02-2026, 17:25



























