mobil versiya

Səfir: İranın Ali Lideri, 14 aylıq nəvəsi, kürəkəni və gəlini həlak olub



Çox təəssüflər olsun ki, İranın müxtəlif şəhərlərinə hücumlar davam edir.

Bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu gün keçirilən mətbuat konfransında deyib.

Son üç gün ərzində İrana qarşı hücumları nəticəsində, İranın Ali Lideri həlak olub və mülki şəxslər ölüb.

Diplomat deyub ki, İranın Ali Lideri, 14 aylıq nəvəsi, kürəkəni və gəlini həlak olub, o, öz mənzilində ölüb.

Eyni zamanda ölkələrin liderlərinin vurulması qanun pozuntusudur. İranın Ali Lideri siyasi şəxsiyyətdən əlavə ali dini alim olub.

Qız məktəbində ölənlərin sayı 180 şagird həlak olub.
Lamerd rayonunda idman kompleksinə hücumda 18 qadın voleybolçu ölüb.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.


Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: 2-03-2026, 12:29