İran və ABŞ nüvə danışıqlarının dördüncü raundunu bazar günü Maskatda keçirəcək

İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların dördüncü raundu bazar günü Omanın paytaxtı Maskatda keçiriləcək.
Reportyor.az xəbər verir ki, bu barədə İranın “Nournews” agentliyi məlumat verib.
Aprelin 12-dən ABŞ və İran danışıqların üç raundu keçirib. Vasitəçi Omanın sözlərinə görə, əvvəlcə mayın 3-nə planlaşdırılan dördüncü raund logistik səbəblərə görə təxirə salınıb.
Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkiana deyib ki, Moskva Tehran və Vaşinqton arasında ədalətli nüvə sazişini dəstəkləyir və dialoqun irəliləməsinə kömək etməyə hazırdır.
Yenilənmiş diplomatiya ABŞ prezidenti Donald Trampın mart ayında İranın ali dini lideri Əli Xamneyiyə göndərdiyi məktubda Tehranın nüvə proqramı ilə bağlı narahatlığı aradan qaldırmaq üçün danışıqlara çağırıb, eyni zamanda diplomatiya uğursuz olarsa, mümkün hərbi əməliyyatlar barədə xəbərdarlıq edib.
KARUSEL / DÜNYA
Tarix: 6-05-2025, 16:07