mobil versiya

Atlantik okeanında maye qazın daşınma xərclərində 100 faizlik artım olub







Qətərin maye qaz ixracını dayandırması ilə Atlantik okeanı hövzəsində maye qazın (LNG) daşınma xərcləri iki dəfə artıb.

"Bloomberg"in bu gün verdiyi məlumata görə, Atlantik hövzəsində LNG daşıyan tankerlərin icarə haqqında 100 faiz artım müşahidə olunur.

Əlavə edib ki, bu hövzədə hər bir maye təbii qaz tankerinin gündəlik icarə haqqı 200 min dolları ötüb. Nəqliyyat tariflərindəki bu kəskin artım Qətərdə LNG istehsalının dayanmasından sonra baş verib. Bu vəziyyət bazarlarda disbalans yaradaraq, maye qazın digər mənbələrdən, xüsusilə ABŞ-dan Avropaya daşınması üçün LNG gəmilərinə olan tələbatı kəskin artırıb.


Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-03-2026, 16:22