mobil versiya

Sahibə Qafarova pakistanlı həmkarı ilə regionda baş verən prosesləri müzakirə edib



Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Bildirilib ki, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub.
Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Sülh, sabitlik və əməkdaşlıq baxımından parlamentlər arasında dialoqun əhəmiyyəti qeyd olunub.

Reportyor.az 
KARUSEL / SİYASƏT
Tarix: 9-03-2026, 14:36