mobil versiya

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başlayır



2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başlayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.

Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulu üçün I ixtisas qrupu üzrə ümumilikdə 16 265, II ixtisas qrupu üzrə 4 185, III ixtisas qrupu üzrə 4 218, IV ixtisas qrupu üzrə 3 446, V ixtisas qrupu üzrə isə 1 543 plan yeri ayrılıb.
Beləliklə, 2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün ümumilikdə 29 657 dövlət sifarişli plan yeri ayrılıb.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:37