Əfqanıstan və İranın kənd təsərrüfatı naziri iqtisadi əməkdaşlığı müzakirə edib

Əfqanıstan İslam Əmirliyinin xarici işlər naziri Əmir Xan Müttəqi Kabildə İranın kənd təsərrüfatı naziri Qolamreza Nuri ilə görüşüb.
Əfqanıstanın Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər ikitərəfli münasibətlər, iqtisadi və tranzit əməkdaşlığının genişləndirilməsi və iki ölkə arasında Birgə İqtisadi Komissiyanın yeddinci iclasının keçirilməsi ilə bağlı hərtərəfli müzakirələr aparıblar.
Müttəqi Əfqanıstan və İran arasında praktik iqtisadi və tranzit əməkdaşlığındakı irəliləyişi alqışlayıb və ikitərəfli əlaqələrin genişləndirilməsi üçün daha çox imkanların olduğunu bildirib.
İranın kənd təsərrüfatı naziri həmçinin müxtəlif sektorlarda əməkdaşlıq üçün mövcud imkanlardan istifadənin vacibliyini vurğulayıb və mövcud əməkdaşlıq sahələrinin genişləndirilməsinə çağırıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:42


























