mobil versiya

Baş nazir: Yaponiyanın Tayvanla bağlı mövqeyi dəyişməyib






Yaponiya Baş naziri Sanae Takaiçi cümə axşamı bəyan edib ki, ölkəsinin Tayvanla bağlı mövqeyi dəyişməyib.

O bildirib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına əsas verən 1972-ci il Yaponiya-Çin Birgə Kommünikesində əks olunan mövqedə heç bir dəyişiklik yoxdur. O, bu fikirləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Çinə səfəri zamanı səsləndirib.

Takaiçinin 2025-ci ilin noyabrında Tayvanla bağlı səsləndirdiyi fikirlərdən sonra Yaponiyanın Çinlə münasibətləri ən aşağı səviyyələrdən birinə enib.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: 19-11-2026, 13:31