mobil versiya

Məşhur PROFESSOR KORONAVİRUS ilə bağlı dəhşətli faktları açdı: “2035-ci ilə qədər dünyada... ”




“Həkim və virusoloq deyiləm, sadəcə bioloqam. Bir təkamülçü olaraq gördüklərimi və eşitdiklərimi qiymətləndirirəm. Bu səbəbdən məndən sehrli dərman, müalicə və tədbir gözləməyin. Biliklərim mətbuatda gəzib dolaşanlar qədərdir və zaman-zaman tapıb oxuya biləcəyim elmi məqalələrlə məhdudlaşır”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış professoru Ali Demirsoy koronavirus haqqında danışarkən deyib. Bioloq bildirib ki, virusu heç kim laboratoriyada hazırlanmayıb və dünyaya yaymayıb:

“Təbiətlə hesablaşmaq vaxtı uzaq deyil. Mövcud məlumata görə, virusun yoluxma ehtimalı çox yüksəkdir, havadan və obyektlərdən hər hansı bir yerdən asanlıqla yoluxmaq mümkündür. Asanlıqla təmizlənəcəyi də görünmür. Görülən tədbirlərin hamısı yoluxdurmanı bir az gecikdirəcək, sağlamlıqla əlaqəli qurumlara vaxt qazandıracaq. Çünki müdaxilə ilə bəlli xəstələrin sadəcə nəfəs almasına dəstək verə bilirlər. Ancaq görünür ki, bunu sadə nəfəs cihazları ilə aradan qaldırmaq mümkün deyil, çünki virus xüsusilə ağciyər epitelini zədələyir, odur ki, boğazdan müdaxilə tələb olunur. İnsanların bu nəfəs cihazlarını öz hesabına alması çox çətindir. Başqa sözlə, ciddi xəstələrin əksəriyyəti xəstəxanalara bağlı vəziyyətdədir. İndi həyata keçirəcəyimiz tədbirlərin mahiyyəti vaxt keçdikcə xəstələr üçün səhiyyə müəssisələrində lazımi hazırlığı təminetmə və xəstəxanaya gedərkən bu cihazları tapmaqdan ibarətdir. İtaliya lazımi tədbirləri vaxtında etmədiyi üçün bu qədər qurban verdi”.

Professor hesab edir ki, güclü genetikaya malik olan insanların təxminən 10% -i güman ki, xəstələnməyəcək, müəyyən yaş qrupları da müqavimət sistemindən fərqli olaraq bir az daha ağır infeksiyalarla qarşılaşacaqlar: "Sağlamlığına diqqət etməyən, genetik quruluşları çox zəif və yaşlı insanlar rəqəmlərə görə təhlükə altındadır. Onların ölümü açıq-aşkar çox ağrılıdır, nəticədə boğulurlar.
Bundan əlavə, viruslar qısa müddətdə dəyişərək fərqli xəstəliklərə səbəb ola bilər. Ancaq insan bədəni boş dayanmır, onlara qarşı müqaviməti inkişaf etdirir. Müqaviməti inkişaf etdirən şəxslərin sayı artdıqca virusun təsir gücü azalır. Bu virusa qarşı edə biləcəyimiz tək şey cəmiyyətlərin müqavimətini inkişaf etdirməsinə çalışmaqdır.

Odur ki, ilk növbədə, “Mənə heç nə olmaz” kimi ibtidai hisslərdən yaxa qurtarmaqla gigiyenik qaydalara diqqətlə yanaşaq. Kollektiv yerlərdən çəkinək. Təmiz hava tapsanız, dərindən nəfəs alın və tənəffüs sistemini gücləndirən hərəkətlərlə ağciyər alveollarını möhkəmləndirin. Əgər varsa, ağciyərlərimizin altından toplanan mayeni dərindən nəfəs alaraq çıxarın. Erkən yatın, işıqsız bir otaqda dərin yuxuya gedin, lazım gələrsə ayrı otaqlarda yatın. Yatmazdan əvvəl yarım şüşə və qalxdıqdan sonra 500 ml butulka su için. Gecələr oyansanız, bir neçə qurtum su için. Yatmazdan əvvəl (eviniz havası təmiz ərazidə yerləşirsə) və oyandıqdan sonra otağınızı havalandırın. Geyimlərinizi və bir çox əşyaları günəşin altında ən az yarım saat saxlayın.

Pulunuzu qənaətlə xərcləyin. Hazırda ehtiyacınız olmayan şeylərə pul xərcləməyin. Resurslar məhdud ola bilər. Bu günə qədər dünya birjalarında itki 7,5 trilyon dollardır. Kiçik müəssisələrin vəziyyətini hələ bilmirik. Bir çox ölkədə işsizliyin 100 minə çatacağı deyilir. Bir saniyənin belə iqtisadiyyata böyük pullar qazandırdığı iqtisadi bir quruluşun belə bir fasilədən sonra böyük problemlərlə üzləşəcəyi aydındır. Hər kəs öz payını alacaq. Xəstəlikdən ölməyənləri işsizlik, böhran və sosial qarışıqlıq gözləyir.

İnsanları kəndlərdən şəhərlərə köçürməyin, istehsaldan çıxartmağın acı nəticələrini çəkirik. Gələcəkdə daha ağır olacaq. Yazılarımda və kitablarımda qeyd etmişəm ki, dünyada sülh və əmin-amanlıq dövrü müşahidə və şərhlərimə görə, 2035-ci ildən sonra başa çatır. Kimsə batan gəmini görür və görünür ki, qəbul edə bilməyəcəyimiz planları dünya üçün sayğaca qoyacaq. Koronavirus xəstəliyi (COVID-19) bu planı hazırlayanlara çox vacib ipuclarını verməli idi.

Bu bəladan xilas olsaq da, daha ağır və ciddi nəzarətdə yaşamalı olacağımız günlər uzaq deyil.

Ümid edirəm ki, proqnozlarda səhv edərik, o cümlədən mən də. Önümüzdəki günlərdə xoşbəxt bir dünyada yenidən bir yerdə olmaq arzusu ilə”.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 26-03-2020, 12:30