Sürücülük vəsiqəsi ilə bağlı TƏKLİF - Elektron vəsiqə - VİDEO
Avropanın bir sıra ölkələrində sürücülük vəsiqəsi yalnız elektron qaydada verilir. Qonşu Rusiyada isə bu məsələ müzakirə edilir.
Millət vəkilləri Azərbaycanın da bu sistemə keçməsini təklif edirlər.
Bir sıra Avropa ölkələrində tətbiq edilən yeniliyə görə yol polisi saxlayan zaman sürücü telefonunda olan sürücülük vəsiqəsini göstərir və ya sadəcə özünü təqdim edir. Yəni sürücüyə kağız daşıcıyıcıda yox, məhz elektron sürücülük vəsiqəsi verilir.
Millət vəkili Çingiz Qənizadə də belə bir dəyişikliyin ölkəmizdə ola biləcəyini bildirir və hətta bunun nümunəsinin artıq mövcud olduğunu deyir.
Belə bir dəyişikliyin olmasının sürücülər də tərəfdarıdır.
Millət vəkili Çingiz Qənizadə bildirir ki, bu dəyişiklik baş verərsə vətəndaşın işi asanlaşmaqla yanaşı, dövlət idarələrində çap və bu kimi əlavə işlərə ayrılan vaxta və pula qənaət etmək olar.
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, qanunvericliyə müvafiq dəyişiklik edilsə və sistem buna uyğunlaşdırılarsa, sözügedən prosesi reallaşdırmaq olar. Amma hələlik bu məsələ gündəmdə deyil.
REPORTYOR.AZ Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
MARAQLI / KARUSEL / ÖLKƏ
Tarix: 10-10-2019, 11:45