50 ədəd batareya udan qadını əməliyyata edildi
İrlandiyanın paytaxtı Dublində yerləşən Sent Vinsent Universitetinin xəstəxanasına yerləşdirilən qadının 50 ədəd batareya udduğu məlum olub.
Əvvəlcə həkimlər batareyaların təbii yolla mədə-bağırsaq traktından keçməsini gözləyib.
Lakin batareyaların böyük əksəriyyəti bağırsaqlardan keçə bilmədiyindən qadın əməliyyata qaldırılıb.
Uğurlu keçən əməliyyat nəticəsində qadının özünü yaxşı hiss etdiyi bildirilir.
MARAQLI / DÜNYA
Tarix: 18-09-2022, 10:40