mobil versiya

Qadın şəhərə 5 milyon avro vəsiyyət etdi



Yaşlı qadın Brügge şəhərinə 5 milyon avro vəsiyyət edib.
Bu yaxınlarda vəfat edən 80 yaşlı niderland sakini mirasını şəhər hakimiyyətinə verib.
Qadın ölkənin sənaye sektorunda çalışan bir ailənin üzvü olub və səkkiz il əvvəl Brüggenin mərkəzində məskunlaşıb.
Tarixi şəhər yaşlı qadını heyran edib və o, rəsmi olaraq Flamand şəhərini əmlakının benefisiarı qismində seçib.
Qadının əmlakına bankda 3,3 milyon avro nağd pul, 945 min avro qiymətli kağızlar və digər aktivlər, eləcə də 700 min avro dəyərində ev daxildir.
Brüggenin maliyyə müşaviri Mersedes Van Volçiem bu jestin “çox nadir” olduğunu söyləyib.
Mənbə: rossaprimavera.ru

MARAQLI / DÜNYA
Tarix: 2-10-2022, 11:44