Məhkəmə xərçəng xəstələrinə alternativ cəza kimi Quran ayələrini əzbərləməyi əmr edib

İordaniyanın Qərbi Əmman Magistrat Məhkəməsi, alternativ cəzanın bir hissəsi olaraq Cəbəl Əl-Hüseyn bölgəsindəki Quran əzbərləmə mərkəzinə göndərilən iki xərçəng xəstəsinə Qurani-Kərimin seçilmiş surələrini əzbərləməyi əmr edib.
İki ayrı işdə məhkəmə birinci xəstəni təhlükəsizlik işçilərinə müqavimət göstərməkdə, ikinci xəstəni isə yol qəzası işində məhkum edib. Onların hər birinə alternativ cəza tətbiq edilib.
Qərara əsasən, Əmman Magistrat Hakimi hər iki şəxsi gündə beş saat olmaqla 48 saat ərzində Quran surələrini əzbərləməyi öhdəsinə götürüb.
Hakim iki xərçəng xəstəsinin sağlamlıq vəziyyətini nəzərə alaraq reabilitasiya proqramına yazılmasına qərar verib və hər birinin ayrı bir işdə məhkum edildiyini qeyd edib.
Qərbi Əmman Məhkəməsi cari ilin əvvəlindən bəri 300-dən çox alternativ icma əsaslı cəza tətbiq olunub.
Reportyor.az
MARAQLI / KARUSEL
Tarix: 15-12-2025, 15:07



























