Xəstəxanada 7 nəfər oksigensiz qalıb öldü
Xəstəxanada oksigen tükənməsi 7 nəfərin ölümünə səbəb olub.
REPORTYOR.AZ milli.az-a istinadla xəbər verir ki, xəstəxanada oksigen ehtiyatının bitməsi nəticəsində tənəffüs aparatına qoşulan 7 Covid xəstəsi dünyasını dəyişib.
Hadisə İordaniyada, As-Salt şəhərində baş verib. Olay ölkədə qalmaqala səbəb olub, etiraz doğurub. Ölənlərin yaxınları və qohumları xəstəxananın həyətinə yığışaraq etiraz aksiyası keçiriblər.
Reuters-in məlumatına görə, bu hadisədən sonra Baş nazir Səhiyyə naziri Nathir Obeidatı vəzifəsindən azad edib.
SON XƏBƏR / HADİSƏ
Tarix: 16-03-2021, 11:18