Azərbaycan artıq donor ölkəsinə çevrilib
Erməni quldurları 30 il Azərbaycanın əzəli-əbədi torpaqlarını işğal altında saxlayıblar. Bu vaxt ərzində onlar ərazilərimizdə tariximizin izlərini silməyə, tarixən Azərbaycana məxsus olan torpaqlarımızı mənimsəməyə çalışıblar. Lakin Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb. Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti, ordumuzun yüksək səviyyədə hazırlığı, səriştəsi, xalqımızın birliyi və şəhidlərimizin qanı bahasına tarixi torpaqlarımız geri qaytarılıb.
Erməni caniləri müharibənin artıq bitməsinə, Kapitulyasiya aktının imzalanmasına baxmayaraq, hələ də cinayətlərini davam etdirirlər. Belə ki, hələ də basdırdıqları minaların xəritəsini vermir, bunun nəticəsində isə neçə-neçə günahsız insan həyatını itirir və yaxud şikəst olur. Hələ də sərhədlərimiz Ermənistan ordusu tərəfindən atəşə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq içtimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə də olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi. İşğal nəticəsində hər şey dağıdılmışdı və yerlə-yeksan edilmişdir.
Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar”.
Artıq o müqəddəs vətən torpaqlarımızda quruculuq-abadlıq işləri gedir. Xarici şirkətlər tərəfindən sərmayə qoyulur. Nəhəng tikinti işləri aparılır. Yollar, körpülər, tunellər, dəmir yolları çəkilir, kəndlər salınır, Su Elektrik stansiyaları istifadəyə verilir. Qarabağ və ətraf rayonlarda böyük işlər görülür. Lakin 30 il öz yurd-yuvalarına həsrət qalan qaçqın və köçkünlər döğma yerlərinə hələ də dönə bilmirlər. Sülh müqaviləsi bağlamaqdan hər yolla boyun qaçıran Ermənistan tərəfi hələ də demək olar ki, müharibəni dayandırmaq fikrində deyil. Hələ də təmas nöqtələrimiz erməni quldurları tərəfindən atəşə tutulur.
2022-ci ilin aprel ayının 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprel ayının sonuna qədər demarkasiya və demilitasiya üzrə iki komissiyanın yaranacağı haqqında razılıq əldə edilmişdir.
Azərbaycan cəmi 5 maddədən ibarət təklif hazırlayıb təqdim etmişdi. N.Paşinyan isə bu təkliflərə müsbət münasibət bildirmişdir.
Avropa İttifaqı belə düşünürdü ki, Ermənistan öz üzərinə götürdüyü vəzifəni yerinə yetirəcək və bununla da beynəlxalq aləmdə etibar qazanacaq. Lakin aprel ayının 19-da Nikol Paşinyan Moskvaya səfər etdi. Bu səfərdən sonra, görünür, Moskvanın dediyinə əməl edərək Ermənistan hökuməti bu razılıqla bağlı heç bir addım atmadı.
Azərbaycan sərhədd məsələsi ilə bağlı komissiya formalaşdırıb, Ermənistan tərəfi isə görünür hələ ki, bu niyyətdə deyil.
Ermənistan bundan sonra bir neçə dəfə Azərbaycan tərəfi ilə görüş təyin etsə də, hər dəfə özü bu görüşdən imtina edib. Belə ki, ermənilər öz ampulalarında qalaraq, beynəlxalq ictimaiyyətə yalan məlumatlar ötürürlər. Sülh sazişi bağlamamaq üçün bütün maraqlı olan tərəfləri aldatmaqla məşğul olurlar. Bu da görünür ki, Ermənistan rəhbərliyinin tam özündən asılı deyil. Onlar yalnız Moskvanın qərarını gözləyirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Litva ilə Azərbaycan uzun müddətdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.
Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq Azərbaycan önəmli nəqliyyat dəhlizinə çevrilib”.
Azərbaycanda bu gün qlobal və ölkəmizin inkişafı üçün çox önəmli layihələr həyata keçirilir. Cənub Qaz Dəhlizinin tikintisi 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi yekunlaşıb.
Azərbaycan Avropaya təbii qazın ixraçına başlayır. Su Elektrik stansiyaları tikilib istifadəyə verilir. Öz enerji təhlükəsizliyimizi 100 faiz təmin edirik. İqtisadiyyatımız durmadan artır. Azərbaycan Avropaya neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Avropa istehlakçılarına əlavə enerji resurslari mənbəyi lazımdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər.
Azərbaycan donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir”.
Şəhla Ağbulud
REPORTYOR.AZ
SON XƏBƏR / KARUSEL
Tarix: 20-05-2022, 14:55