mobil versiya

Fulya Öztürkdən üzücü xəbər




Türkiyənin "Fox” televiziyasında yayımlanan "Fulya ile umudun olsun” proqramının aparıcısı Fulya Öztürk gələcək karyerası barədə açıqlama verib.

REPORTYOR.AZ xəbər verir ki, 44 günlük Vətən müharibəsində xüsusi xidmətləri olmuş tanınmış jurnalist özünü sosial yönümlü verilişlərdə görmək istəmədiyini söyləyib:

"Ağlım və ruhum həmişə xəbərlərin yanında olur, yeni mövsümdə aparıcısı olduğum verilişdə olmayacam”.

F.Öztürk qərarı barədə "Fox” televiziyasının rəhbərliyini məlumatlandırdığını və yeni mövsümdən ekrana fərqli proqramla çıxmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Vətən müharibəsi zamanı Fulya Öztürk Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. O, müharibənin əvvəlindən sonunadək ən qaynar nöqtələrdə olub, xüsusən Ermənistan ordusunun Gəncə əhalisinə qarşı törətdiyi cinayətləri işıqlandırıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 8-06-2022, 20:26