Sumqayıtda “Ustay” şirkətinin 13 işçisi zəhərlənib, vəziyyətləri orta-ağırdır
Sumqayıt şəhərində yerləşən zavodda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən REPORTYOR.AZ-a bildirilib.
Verilən məlumata görə, baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət ediblər.
Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Günün sonlarına doğru evə buraxılacaqları ehtimalı edilir.
Qeyd edək ki, hadisə “Ustay” şirkətinin zavodunda qeydə alınıb.
SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 16-11-2019, 15:30