mobil versiya

Deputatlığa namizəd seçicilərə ərzaq paylayır - VİDEO



99 saylı seçki dairəsindən namizədliyi qeydə alınmış Zeynalov Tural Seçicilərinə ərzaq paylayıb.

 BakuPost-a göndərilən videoda paylanılacaq ərzaqlar əks olunub.




Məlumata görə barədə namizəd özü də internet səhifəsində bununla bağlı videomüraciət ünvanlayıb və bildirib ki, 71 aztəminatlı ailəyə ərzaq paylayacaq.


Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının "Qaynar Xətt"inə müraciət edilib.


Bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat yayıb. O qeyd edib ki, namizəd barəsində xoşagəlməz hallar barədə onlara məlumat daxil olub:

"Onun Seçki Məcəlləsinin tələbini pozması, seçicilərə ərzaq paylaması barədə "Qaynar Xətt"ə müraciət olunub.

Namizəd özü də internet səhifəsində bununla bağlı videomüraciət ünvanlayıb və bildirib ki, 71 aztəminatlı ailəyə ərzaq paylayacaq. Onun bu cür halları hələ də davam edir. Hələlik bu məsələni hüquqi müstəviyə qaldırmırıq. Hesab edirik ki, namizədlər bir- birinə ədalətli mövqe sərgiləməlidir. Öz platformalarıyla seçicilərin səsini qazanmalıdırlar".


MSK sədri Məzahir Pənahov bildirib ki, bu namizədlə bağlı məsələ araşdırılsın və ona xəbərdarlıq edilsin.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 24-01-2020, 08:50