mobil versiya

Tokio olimpiadasının yeni tarixi məlum oldu




Koronavirus pandemiyası üzündən təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyul 2021-ci ildə olacaq. 

"Report"un "New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, bununla bağlı rəsmi qərar bu gün açıqlanacaq. 

Beynəlxalq Olimpiya Komitəsi (IOC) martın 29-da keçirəcəyi təcili görüşündə Tokio olimpiadasının yeni tarixini elan etmək niyyətindədir. Oyunların bağlanışı isə gələn il avqustun 8-də gerçəkləşəcək. 

2021-ci il üçün idman təqviminin tərtib olunması zamanı müəyyən çətinliklərin ortaya çıxacağı gözlənilir. Bununla belə, olimpiadanın builki tarixə bənzər günlərdə təşkilinə qərar verilib. Səbəblərdən biri kimi 1 milyard dollar ödəyərək, yayım hüququna yiyələnmiş "NBC Universal" üçün göstərilən tarixin ən yaxşı vaxt olduğu göstərilib. 

Qeyd edək ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi. 

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / İDMAN
Tarix: 29-03-2020, 10:10