mobil versiya

Azərbaycanda tədris ili 15 sentyabrdan başlayır - Nazir açıqladı




"Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik". 

Bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, növbəti tədris ili ilə bağlı planlar haqda tədbirin məktəb binasında keçirilməsi simvolikdir: "Dünyada 134 ölkədə təhsillə bağlı qərar verilib, 63 ölkə məktəbəşi açıb, 55 ölkə məktəbin açılacağı tarixi açıqlayıb. Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik. 

Ümumi məntiq belədir ki, Azərbaycanda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. 

Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, qüvvədə olan normaya görə bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də bərpa edilir:"Amma epidemioloji vəziyyət nəzərə alınmalıdır".
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 27-08-2020, 17:14