mobil versiya

Azərbaycanlı müğənni qızı ilə



Bir neçə ay öncə ata olan müğənni Xəyyam Nisanov qızı ilə şəklini sosial şəbəkədə paylaşıb. Lent.az -ın məlumatına görə, ifaçı övladı Hanna ilə fotosunu paylaşaraq onu 1 yaşının tamam olması münasibətilə təbrik edib. O, şəklə “Allah bu sevinci hər bir ataya qismət eləsin. 1 yaşın mübarək, mənim şahzadəm. Bütün uşaqlara can sağlığı arzulayıram”, - şərhini yazıb.
Qeyd edək ki, X.Nisanov daim şəxsi həyatını mediadan gizli saxlayıb.

CƏMİYYƏT
Tarix: 15-07-2019, 20:22