mobil versiya

Məktəbli qızı xilas etməyə çalışarkən xəsarət alan gömrükçü: "Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim"




İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi evə buraxılıb.

REPORTYOR.AZ xəbər verir ki, Zahid Niyazov bununla bağlı feysbuk səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, artıq müalicəsini ev şəraitində davam etdirir:

“Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirəm. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”.

Xatırladaq ki, mayın 3-də 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Baxılıb: 40 Tarix: 13-05-2022, 10:00



Şərh bildir
yenilə, əgər kod görünmürsə