mobil versiya

Məşhur koto ifaçısı Nobutaka Yoşizavanın konserti olacaq




Yaponiya Səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Yoşizava Nobutaka: Koto konserti” tədbiri baş tutacaq.
Koto- uzunluğu təxmini 2 metr olan, 13 simli qədim yapon musiqi aləti olub, qədim zamanlarda yalnız saray musiqi aləti olaraq istifadə olunurdu. Müasir Yaponiyada bir çox musiqi aləti ilə birgə və ya solo şəkildə ifa olunaraq, öz zərif və eleqant səs tonu ilə qəlblər oxşamaqdadır. Koto musiqi alətində ifa edəcək gənc ifaçı Nobutaka Yoşizava indiyədək Yaponiya və bir sıra xarici ölkələrdə (Türkiyə, Rusiya, İngiltərə, Fransa, ABŞ, Yeni Zelandiya, Finlandiya və s.) konsert proqramı ilə çıxış edərək, son zamanlar ənənəvi yapon koto musiqisinin fəal təbliğatçısı olaraq diqqət cəlb etməkdədir. Eyni zamanda, məşhur “Kencun” mükafatı sahibi olan ifaçı hal-hazırda musiqi təhsili sahəsinə də töhfə verərək, Tokai Universitetində müəllimlik fəaliyyəti ilə də məşğul olur.
Tədbir 15 mart tarixində saat 19:00-da başlayaraq təxmini 1 saat sürəcəkdir.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 13-03-2023, 12:37