mobil versiya

Aerobika gimnastlarımız Slovakiyada beynəlxalq turnirdə çıxış edəcəklər


Martın 31-dən aprelin 2-dək Slovakiyanın paytaxtı Bratislavada aerobika gimnastikası üzrə beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, sayca 24-cü dəfə keçiriləcək turnirdə Azərbaycan idmançıları da güclərini sınayacaqlar.
Yığma komandamızın üzvləri Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva Slovakiyada medal qazanmağa çalışacaqlar.
Bu gün komandamız Slovakiyaya yola düşüb.
KARUSEL / İDMAN
Tarix: 30-03-2023, 12:49